ORDUBAD RAYON İCRA HAKİMİYYƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
- Ordubad rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Ordubad rayon İcra Hakimiyyətinin məktublar şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
- Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
- Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
- Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
- Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
- Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
- Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
- Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
- Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Ordubad rayon İcra Hakimiyyətinin E-mail: ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Ordubad rayonu, AZ 6900, Heydər Əliyev prospekti 21, Ordubad rayon İcra Hakimiyyəti.
İqtisadi İnkişaf Nazirliyi